Ana qızını öldürmək üçün "killer" tutdu: Həmin şəxs qızın sevgilisi çıxdı - ŞOK CİNAYƏT

 Ana qızını öldürmək üçün

Hindistanda dəhşətli cinayət hadisəsi baş verib.

Parol.az xəbər verir ki, Uttar Pradesh adlanan əyalətdə ana qızının sevgi həyatından narazı olduğu üçün onu oğlandan ayırmaq məqaəsi ilə bir neçə dəfə cəhdlər edib. Buna nail ola bilməyəcəyini görüən qadın sözündən çıxan övladını qətlə yetirmək qərarına gəlib. 

O, bu məqsədlə də "killer" tutaraq qızını aradan götürmək qərarına gəlir. Ancaq iş elə gətirir ki, bu "kiralıq qatil" qızının elə sevgilisi çıxır. 

Oğlan öldürmək üçün ona göstərilən qızın şəklini görəndə öz sevgilisi olduğunu öyrənir. Qadına heçnə demədən sevdiyi qıza vəziyyəti izah edir. Sevgili cütlük bundan sonra əlini qızının qanına batırmaq istəyən ananın planını alt-üst edərək, onun özünü qətlə yetirirlər.

Cinayət hadisəsinin üstü açıldıqdan sonra sevgililər artıq Hindistan polisi tərəfindən saxlanılıb və barələrində həbs qətimkan tədbiri seçilib.

17:35 - 24 Oktyabr 2024

Xəbər lenti