Bakı və İrəvan Ermənistanla Azərbaycan arasında delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə qüvvəyə mindikdən sonra 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında dövlət sərhədlərinin delimitasiyası prosesini aktivləşdirə bilər.
Titul.az “Report"a istinadən, bunu Ermənistanın baş naziri Nikol Paşinyan XVI BRICS Sammitinin “Outreach”/“BRİCS+” formatında çıxışı zamanı deyib.
O xatırladıb ki, Azərbaycan və Ermənistan son aylarda dəfələrlə sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında müqavilə layihəsinin azı 80-90 % hazır olduğunu bəyan ediblər.
15:52 - 24 Oktyabr 2024