Bakıda qətl törədilib.
Titul.az "Report"a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Xətai rayonu, Məhəmməd Hadi küçəsində qeydə alınıb.
37 yaşlı qadının münaqişə zəminində ərini öldürməsi bildirilir. Hadisəni törətməkdə şübhəli bilinən qadın saxlanılıb.
Hazırda hüquq-mühafizə orqanın əməkdaşları hadisə yerindədir.
Bildirilib ki, oktyabrın 24-də saat 08 radələrində paytaxtın Xətai rayonu ərazisində 1986-cı il təvəllüdlü Hacı Mahmudovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1987-ci il təvəllüdlü Raidə Mahmudovanın birgə yaşadıqları mənzildə aralarında yaranmış mübahisə zamanı əri Hacı Mahmudovun baş nahiyəsinə küt alətlə zərbələr yetirməsi və çarpayıdan yerə itələməsi nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Raidə Mahmudova iş üzrə şübhəli şəxs qismində tutulub.
15:33 - 24 Oktyabr 2024