Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kazanda BRİCS sammiti çərçivəsində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə qeyri-formal görüşü olub.
Titul.az xəbər verir ki, dövlət başçıları bir araya gələrək səmimi müzakirələr aparıblar.
Qeyd edək ki, ötən gün Kazan şəhərində XVI BRICS Sammiti baş tutub. Bu gün isə "Outreach" / "BRICS+" formatının iclası keçirilir.
BRİCS 2006-cı ildə yaradılmış hökumətlərarası təşkilatdır. Rusiya 2024-cü il yanvarın 1-dən BRİCS-ə sədrliyi qəbul edib. Hazırda Rusiya, Braziliya, Hindistan, Çin və Cənubi Afrikadan başqa, Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı da təşkilatın üzvüdür.
13:27 - 24 Oktyabr 2024