Hindistan Baş naziri Narendra Modi Kazanda keçirilən BRİKS sammitini tərk edərək Yeni Dehliyə qayıdıb.
Titul.az axar.az-a istinadən xəbər verir ki, bu barədə ANİ agentliyi məlumat yayıb.
Almaniyanın DPA agentliyi isə Modinin oktyabrın 24-də Yeni Dehlidə Almaniya kansleri Olaf Şoltsla görüşəcəyini bildirib.
Məlumata görə, tərəflər hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edəcək.
Şoltsun Hindistanda bir həftə qalacağı bildirilir.
13:19 - 24 Oktyabr 2024