İlham Əliyev Ərdoğana başsağlığı verdi

 İlham Əliyev Ərdoğana başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Ankarada törədilmiş terror aktında həyatını itirənlərlə bağlı başsağlığı veriib.

Titul.az xəbər verir ki, başsağlığında deyilir:

“Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ) törədilmiş terror aktı nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi olduqca sarsıtdı.

Biz bu xain terror aktını şiddətlə qınayır, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”

20:17 - 23 Oktyabr 2024

Xəbər lenti