Bakı. Trend:
Elm və Təhsil Nazirliyinin aparatında struktur dəyişiklikləri edilib.
Titul.az xəbər verir ki, nazirliyin tərkibində İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi yaradılıb.
Şöbəyə Səbuhi Rzayev müdir təyin olunub.
Buna qədər isə nazirliyin tərkibində İctimaiyyətlə əlaqələr sektoru mövcud idi. Sektor müdiri Cəsarət Valehov idi.
Qeyd edək ki, Cəsarət Valehov yeni heyətdə yer almayıb.
17:52 - 8 Dekabr 2023