Azərbaycanla Ermənistan arasında müzakirə edilən sülh sazişi layihəsinə İrəvanın Bakıda həbsxanada saxlanılan erməni terrorçu-separatçılarla bağlı maddə daxil edilməsinə imkan verilməyib.
Titul.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan mediası yazıb.
“Müqaviləyə məhbuslarla bağlı bəndin salınması məsələsi müzakirə olunub, Azərbaycan öz etirazını bildirib, Paşinyan buna razılaşıb. Mənbəmiz deyir ki, Paşinyan əslində özünü lazımsız başağrısından xilas edib. Eyni zamanda Əliyev bu addımı ilə Qarabağın “hərbi və siyasi liderləri”nin hərbi əsirlər deyil, ağır cinayətlərə görə mühakimə olunan terrorçular olması ilə bağlı iddialarını əsaslandırmış olub”, - “Hraparak” nəşri yazıb.
Nəşr iddia edib ki, məlumatı iqtidar deputatlarından Ovik Ağazaryan təsdiqləyib:
“Azərbaycan tərəfi onları məhbus kimi qəbul etmir, əksinə, Araik Arutyunyan və Ruben Vardanyanı konstitusiya quruluşunu devirməkdə ittiham edir. Azərbaycan məhbuslar məsələsini sülh müqaviləsinə daxil etməyə razılaşsaydı, o zaman beynəlxalq aləm Azərbaycandan soruşacaqdı ki, əgər onlar məhbusdursa, niyə azad etmədiniz?”
Ağazaryan hesab edir ki, məhbuslar məsələsi danışıqlara daxil edilsə, sülh gündəmi dalana dirənəcək:
“Bu səbəbdən sülh müqaviləsinin bağlanması prosesini sabotaj edəcəyik?”
18:33 - 23 Oktyabr 2024