Antalyanın Kumluca rayonunda 22 sentyabrda "WhatsApp"a qurduğu qrup üzvləri ilə vidalaşıb, bir kağıza "Məzar daşımı hazırlatmayın" qeydini yazdıqdan sonra yoxa çıxan 22 yaşlı gəncin meşədən meyiti tapılıb.
Parol.az xəbər verir ki, Halil İbrahim Öksüz (22 yaş) adlı bu gəncin cansız bədəni bu gün yerli vaxtla günorta 3-də şam ağacına asılı vəziyyətdə aşkar edilib.
Meyit ekspertizaya aparılıb.
Faktla bağlı cinayət işi açılıb.
09:27 - 23 Oktyabr 2024