Adanada dəhşətli qətliam baş verib.
Parol.az xəbər verir ki, Şemsettin Erkuvan (47 yaş) adlı şəxs intihar edən oğlu Muzaffer Erkuvanın ölümündə həyat yoldaşı və iki qızını təqsirli bilib. Bu səbəbdən o, Güldane (20 yaş), Gaye Gerçek (22 yaş) və anaları Şenayı (44 yaş) öldürmək üçün izləyib.
Qəzəbli ata Şenay, Güldane və Gaye Gerçek, bu gün saat yerli vaxtla 16.00 radələrində Muzaffer Erkuvanın dəfn olunduğu qəbiristanlığa gəldiyini bilib, onları təqib edib.
Qəbir üstünə çatan ana və qızlarını oğlunun məzarı yaxınlığında özü ilə götürdüyü tapançadan atəş açaraq öldürən Şemsettin Erkuvan hadisə yerindən uzaqlaşıb.
Hadisə şahidləri dərhal polisə və təcili yardıma xəbər veriblər. Baxış zamanı hər üçünün öldüyü təsbit edilib.
Şübhəli polis tərəfindən axtarılır.
Faktla bağlı cinayət işi açılıb.
00:14 - 23 Oktyabr 2024