Ermənistan Azərbaycana hücum hazırlayır? - Paşinyan BƏYAN ETDİ

 Ermənistan Azərbaycana hücum hazırlayır? - Paşinyan BƏYAN ETDİ

Son günlər Ermənistanın Azərbaycana qarşı 3-cü mahribəyə hazırlaşdığı ilə bağlı yetəri qədər faktlar ortadadır.

Parol.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycana hücum planlarının olub-olmaması ilə bağlı açıqlama vermək məcburiyyətini özündə hiss edib.

Paşinyan bildirib ki, Ermənistanın Azərbaycana və ümumilikdə region dövlətlərinə qarşı heç bir təcavüzkar niyyəti yoxdur.

Ermənistan baş naziri onu da əlavə edib ki, bütün qonşu dövlətlərin ərazi bütövlüyünü tanıyır və bununla bağlı de-yure öhdəliklər götürməyə də hazırdırlar. 

Nikol Paşinyanın bu sözləri rəsmi Bakını arxayın salmaq üçün bir taktiki gedişə daha çox bənzəyir. Heç vaxt, xüsusilə də son 4 il ərzində sözü ilə əməli üst-üstə düşməyən Ermənistan hərbi-siyasi rəhbərliyinin bu cür bəyanat səsləndirməsini səmimi adlandırmaq olmaz.

23:32 - 22 Oktyabr 2024

Xəbər lenti