Boşuna "Sizdən zəif oxuyan sinif yoldaşlarınıza yuxarıdan aşağı baxmayın, çünki bir gün onlar sizi idarə edəcəklər" deyilməmişdi. Bu da nəticəsi...
Təəssüflə qeyd edirəm ki, bu gün ölkənin vacib bir çox qurumlarının başında, çox vacib kürsülərdə elə həmin savadın, həmin tərbiyənin sahibləri əyləşiblər. Ölkəni bu vəziyyətə salmaq cinayət məsuliyyətindən başqa bir şey deyil.
20 gün sonra COP29-u qarşılamağa hazırlaşan bir şəhəri bu günə qoymaq vicdansızlıqdır. Bəs infrastrukturun yenilənməsi üçün vaxtaşırı ayrılan milyonlar hardadır, kimin bağında, kimin villalarındadır?!
Adam lap xəcalət çəkir...
Aidiyyatı dövlət qurumları yığışıb biryerdə ümumi bəyanat yaymaq əvəzinə o tuneldə boğulanların yaxınlarına, ailələrinə nə cavab verəcəklərini də bir götür-qoy edib, onların nəşini daha tez tapıb tuneldən çıxartsalar daha yaxşı olardı.
Ölkəni belə bərbad günə qoyan sapı özümüzdən bu məmurlar nə vaxta kimi ki, xalqın, dövlətin pulu-parasını yeyib, özlərini də belə bir qaşıq suda boğacaqlar, o zaman bizə heç düşmənə də gərək qalmayacaq.
12-13 saatlıq yağış yeraltı suların hara axdığını müəyyən etməyə kifayət etdi.
Bu biabırçı mənzərə daxili və xarici düşmənlərə mötəbər "COP29-u keçirməyə Azərbaycan layiq deyil" fikirlərini əsaslandırmaq üçün, düşmən dəyirmanına su tökmək üçün əsl "kozr" olacaq, özü də kanalizasiya suları...
Keçirilən tenderlərdə övladını, qardaşı-bacısı oğlunu, arvadını qalib edən məmurlar isə indi görək qarşıdakı 3 həftə ərzində - noyabrda bu rəzilliyin təkrarlanmaması üçün nə edəcək.
HEÇNƏ!!!
15:53 - 22 Oktyabr 2024