"Yağıntıların fəsadlarına görə, bu gecə müzakirələr aparılacaq" - Bakı meri

"Yağıntıların fəsadlarına görə, bu gecə  müzakirələr aparılacaq".

Titul.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov jurnalistlərə açıqlamasında paytaxtda yağıntının yaratdığı fəsadlara münasibət bildirərkən deyib.

" İndi vəziyyəti təhlil etməliyik ki, niyə burada belə bir hal yaranıb. Ola bilər ki, tikinti vaxtı bəzi nöqsanlara yol veriblər. Hər halda bu gün birmənalı qiymət vermək hələ tezdir. Buna görə də müvadiq qurumlarların nümayəndələri ilə birlikdə qərar verdik ki, bu gün axşam yığışıb yaranmış vəziyyəti təhlil edək və ondan sonra müəyyən tədbirlər görək", - o qeyd edib.

15:19 - 22 Oktyabr 2024

Xəbər lenti