Киркоров раскрыл тайну имени для его будущего сына: читать
За что в Москве полицией задержаны более 40 мигрантов ?
Назван самый опасный соус для приема пищи
Почему в Новосибирске прекращены поиски пропавшего подростка?

Qarabağ Azərbaycanın ərazisi olub, indi də belədir - Simonyan

 Qarabağ Azərbaycanın ərazisi olub, indi də belədir - Simonyan

Ermənistan parlamentinin sədri Alen Simonyan keçmiş Dağlıq Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olduğunu bildirib.

Titul.az APA-ya istinadən xəbər verir ki, bu barədə o, Ermənistan parlamentində bildirib.

Qeyd edək ki, Alen Simonyan bir neçə gün əvvəl "Azadlıq" radiosunun erməni xidmətinə müsahibəsində bildirmişdi ki, Azərbaycan Qarabağda əməliyyatı BMT-nin ən azı 3-4 qətnaməsi çərçivəsində həyata keçirib.

Ermənistan parlamentinin bugünkü iclasında müxalif fraksiyadan olan deputat Geqam Manukyan müsahibəsində dediyi bu sözləri Simonyana irad tutaraq, "Siz bu tezisi hardan almısınız ki, Azərbaycanın Arsaxa (Qarabağ) hücum etmək hüququ vardı və BMT qətnamələri buna imkan verirdi" sualını ünvanlayıb.

Alen Simonyan bunun cavabında bildirib ki, hər sözdə hansısa məna axtarmaq, hər kəlməni müxtəlif cür yozmaq olar.

"Lakin fakt faktlığında qalır ki, bizim haqqında danışdığımız ərazi (Qarabağ - red.) Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub, indi də belədir", - deyə erməni spiker vurğulayıb.

12:41 - 22 Oktyabr 2024

Xəbər lenti

Digər xəbərlər

Как сиамские близнецы ведут личную жизнь и выбирают парней себе
Самый опасный преступник России о зачистке в стране
Киркоров раскрыл тайну имени для его будущего сына: читать
За что в Москве полицией задержаны более 40 мигрантов ?