Son günlər ölkə ərazisində baş verən zəlzələlər təhlükəli deyil.
Titul.az xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
O bildirib ki, zəlzələlər hər zaman olur, onların çoxu hiss ediləcək səviyyədə deyil.
"Yer daxilində geodinamik proseslər, hərəkətlər həmişə var. Son günlər Azərbaycanda qeydə alınmış yeraltı təkanlar seysmoaktiv region üçün fon səviyyəsində olan xarakterik təkanlardır. Bunlar xırda hiss olunmayan təkanlardır.
Zəlzələ həmişə var. Bəzən görürsən, deyirlər yağan yağışları, sellər, havanın isti olması zəlzələ yaradır. Bunlar hamısı yerin səthində olan proseslərdir. Zəlzələlər isə kilometrlərlə dərinlikdə baş verir. Ölkəmizdə yaxın zamanlarda dağıdıcı zəlzələ ehtimalı yoxdur", - deyə o qeyd edib. //Trend
20:26 - 21 Oktyabr 2024