Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası ilə bağlı müzakirə vasitəçilər olmadan aparılmalıdır.
Titul.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan deyib.
O qeyd edib ki, "əgər biz suveren dövlətiksə, Azərbaycanla vasitəçisiz danışıqlar aparmalıyıq".
Qriqoryan qeyd edib ki, mübahisələrin həlli prosesduru çox mürəkkəbdir, lakin üçüncü ölkəni cəlb etsək, maraqların toqquşmasının necə olacağını bilmirəm.
"Vasitəçilər danışıqlarda iştirak etsələr, İrəvan və Bakını özlərindən asılı olmayaraq, məcburi xarakter daşıyan risklərlə üzləşə bilərlər", - o deyib.
Qeyd edək ki, rəsmi Bakı da danışıqların ikitərəfli formatda aparılmasında maraqlıdır.
19:17 - 21 Oktyabr 2024