Paşinyan XİLAS, Ermənistan İFLAS olur: Qərbdən İrəvana QORXUNC ŞƏRT - Detallar

 Paşinyan XİLAS, Ermənistan İFLAS olur: Qərbdən İrəvana QORXUNC ŞƏRT - Detallar

İstər regionumuzda, istərsə də onun ətrafında yaxın 5-10 il üçün tendensiyaları müəyyən edəcək mühüm hadisələr ərəfəsindəyik. Bura İsrail və İran arasındakı mümkün müharibə, Gürcüstanda keçiriləcək parlament seçkiləri, ABŞ-da keçiriləcək prezident seçkilər, Avropa Parlamentinə seçkilər, Ukrayna müharibəsi və s. Əslində bu siyahını daha da genişləndirmək olar. 

Bu proseslərin hər biri bu gün regionumuz üçün  böyük riskləri daşıyır. Nəyin necə olacağını öncədən proqnozlaşdırmaq da bir xeyli çətin görünür. Belə mühüm hadisələr astanasında Azərbaycanın qərarları və addımlarından nə qədər çox şey asılı görünsə də, bir o qədər də asılı deyil. 

Düşünmürəm ki, Azərbaycan bu hadisələrə, proseslərə hər hansı bir şəkildə təsir edə biləcək. Lakin vəziyyət müəyyənləşdikdən sonra yeni şərtlərə uyğun olaraq öz mövqeyini möhkəmləndirə, ona əsasən formalaşdıra bilər. Bu sadalanan baş verən və gözlənilən hadisələrin təsir dərəcəsini, riskləri və imkanları nəzərə alsaq, nəyinki regionumuz, eləcə də dünya üçün ən həssas hadisələrin astanasındayıq desəm yanılmaram. 

Müxtəlif coğrafiyalarda on illiklər idi söndüyü hesab edilən münaqişələrin artıq yenidən alovlanması dünyanı hazırda qaynar qazana bənzədir. Heç şübhəsiz ki, bu qazanın altını yandıranlar Qərbdəki və okeanın o tayındakı bəzi qüvvələrdir. Cənubi Qafqaz da bu sarıdan planlarından kənar deyil. 4 il öncə Azərbaycanın 30 işğala son qoymasını həzm edə bilməyən, bu reallıqla barışa bilməyən ermənipərəst Qərb dairələri bölgəmizi yenidən poliqona çevirmək üçün dəridən-qabıqdan çıxmaqla məşğuldur.

Baxmayaraq ki, iki gün əvvəl Ermənistan parlamentinin sədri Alen Simonyanın dediyi kimi, Azərbaycan Qarabağda əməliyyatı BMT qətnamələri əsasında həyata keçirib. Bununla belə ermənidən çox erməni olmağa çalışan qüvvələr Cənubi Qafqazla bağlı məkirli planlarını həyata keçirmək üçün bir an olsun dayanmaq fikrində deyillər:

- Hindistan və Fransadan Ermənistana ötürülən öldürücü silahlar (Uzaq mənzilli zenit-raket kompleksləri)

- ABŞ-nin generallarını Ermənistana göndərməsi, Qərbi Zəngəzura Pentaqon silah və canlı qüvvə ilə dolu hərbi təyyarə göndərməsi, ermənilərə dağlıq şəraitində müharibə zamanı döyüş qabiliyyətini artırmaq istiqamətində verilən təlimlər

- Bunlarla paralel Ermənistan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Edvard Asryanın okeanın o tayına dəvət edilməsi və orada amerikalı həmkarı, general Çarlz Braun arasında görüş keçirilməsi

Elə sonuncudan başlayaq... ABŞ-nin Baş Qərargah rəisi Çarlz Braun bildirib ki, Pentaqon Ermənistan Silahlı Qüvvələrinin müasirləşməsinə dəstəyi davam etdirəcək. Onlar hətta regional məsələlərə də toxunublar. Bu barədə çox da geniş informasiya əksini tapmayıb. Regional məsələlər dedikdə, aydın məsələdir, mövzunun bir ucu Azərbaycandır. 

Avropanın baş bilənləri özlərini qitənin gələcəyi və yeni dünya nizamındakı yeri barədə narahatmış kimi göstərməyə çalışsalar da, hadisələr düşünməyə ciddi əsas verir ki, ocağın başında əlində odun parçası dayanan elə məhz özləridir. Belə olmasaydı nə Qərb, nə də ABŞ Ermənistanın Azərbaycana qarşı yenidən silahlanıb hücum etməsi üçün bu qədər hazırlıq görməzdilər.

Proseslərə səthi də olsa nəzər saldıqda bir məsələ nəzərdən qaçmır: Rusiyanın orbitindən çıxa bilməyəcəyini anlayan Nikol Paşinyan Qərbin də sifarişi qarşısında çıxılmaz vəziyyətdədir. Konkret desək, Ermənistan siyasi rəhbərliyi vaxtında Azərbaycanın sülh təklifi paketinə müsbət cavab verməməyin cəzasın çəkir. Paşinyan hakimiyyəti Fransalı Qərb və ABŞ-nin "Azərbaycanla 3-cü savaşa girməlisən" sifarişini yerinə yetirməmək üçün özündə cəsarət tapa bilmir. 

Görünür rəsmi İrəvan bunu edəcəyi təqdirdə ABŞ və Fransadakı erməni diasporalaraları başda olmaqla digər siyasi dairələrdən Nikol Paşinyanı “bir qaşıq suda boğmaq” üçün hazır gözləyir. Rəsmi İrəvan narahatdır ki, o zaman bütün dünya ermənilərinə "Gördünüz, sizə vaxtında deyirdik, Paşinyan Azərbaycanın, Türkiyənin adamıdır, inanmırdınız" fikirlərini əsaslandırmaq üçün ciddi bir əsas vermis olacaq.

Bunu Ermənistan spikeri Alen Simonyanın daha bir açıqlamasından aydın sezmək mümkündür. O, ölkəsinin “Azatutyun” radiosuna müsahibəsində onu da bildirdi ki, Ermənistana və Azərbaycana düşmən münasibət bəsləyən ölkələr sülh danışıqlarının dalana dirənməsini istəyirlər. Görünür Paşinyan özü birabaşa deyə bilmədikləri erməni xalqına məhz komanda üzvləri vasitəsi ilə ötürməyə çalışır.

Bu gün Rusiya və İranın bölgədə yenidən eskalasiya baş verməsini istədiyi inandırıcı görünmür. Bunu ən azı Rusiyanın Şərqi Avropada, İranın isə Yaxın Şərqdəki vəziyyəti düşünməyə əsas verir. Onu da nəzərə alaq ki, hər ikisi region ölkəsidir. Bu gün Cənubi Qafqazda istənilən yeni bir müharibə Qərbin bölgəyə daxil olmasını bir xeyli sürətləndirə bilər. Bu isə nə Moskva, nə də Tehran üçün arzuolunandır.

Ermənistan  müharibə istəməsə də çox ciddi şəkildə yeni bir savaşa hazırlanır. Paşinyan hakimiyyəti düşünür ki, bu savaş ədalətli yox, özünü xilas savaşı ola bilər. Amma Nikol Paşinyan hakimiyyəti Qərbin vədlərinə güvənib yenidən bölgəni paliqona çevirmək cəhdindən çəkinməzsə, Ermənistanın savaş meydanında cəzasını Azərbaycan ölümcül verəcək. 

Yaxşı olar ki, Paşinyan və onun dəstəsi ABŞ-nin Lehigh Universitetinin professoru, siyasi elmlər doktoru Armen Qriqoryanın son açıqlamasını diqqətlə dinləsin. Erməni siyasi şərhçinin proseslərə daha obyektiv nəzər saldığı gözdən yayınmır: "Dehlidən, Parisdən verilən silaha ümid etməyin".

Bu, Paşinyan hakimiyyətinə verilən növbəti vacib mesajdır. Ermənistan əgər ona verilən o silahlara arxayın olub Azərbaycana qarşı savaşa başlasa, bu başlanğıc Ermənistanın coğrafiyadakı sonuncu təqvimi ola bilər!

Təhməz Əsəd

Manşet.az üçün

16:36 - 21 Oktyabr 2024

Xəbər lenti