Gənclər və İdman Nazirliyinin tabeliyindəki "Bakı Kristal Zalı" MMC-nin rəhbəri dəyişilib.
Titul.az banker.az-a istinadən xəbər verir ki, Bahar Dadaşova Ağaverdi qızı "Bakı Kristal Zalı" MMC-nin baş direktoru təyin edilib.
O, bu vəzifədə Natiq İbrahimov Valeri oğlunu əvəz edib.
Qeyd edək ki, "Bakı Kristal Zalı" 2012-ci ildə dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 100 manatdır. Nazirlər Kabinetinin 7 noyabr 2023-cü il tarixli qərarı ilə "Bakı Kristal Zalı" Gənclər və İdman Nazirliyinin tabeliyinə verilib.
11:45 - 21 Oktyabr 2024