"İran İsraildəki bütün hədəfləri müəyyənləşdirib"

“İran İsrailin hücumu zamanı cavab hədəflərini müəyyən edib”.

Titul.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

O qeyd edib ki, ölkəyə qarşı istənilən hücum “qırmızı xətti” keçmək kimi qiymətləndiriləcək:

“İranın nüvə obyektlərinə hər hansı bir hücum lazımi cavabla qarşılanacaq. Tehran İsraildəki bütün hədəfləri müəyyənləşdirib və analoji zərbə onlara da vurulacaq”.

Nazir həmçinin deyib ki, ABŞ-nin dəstəyi olmasa, İsrail Livan və Qəzza zolağında hərbi əməliyyatlar keçirə bilməz.

21:20 - 20 Oktyabr 2024

Xəbər lenti