Ötən gün axşam saatlarında Samur-Abşeron kanalının Şabran rayonunun Gəndob kəndi ərazisindən keçən hissəsində aşkarlanan meyitin kimə məxsus olması müəyyənləşib.
Titul.az xəbər verir ki, meyitin Xaçmaz rayonu, Hacıəlibəy kənd sakini, 1995-ci il təvəllüdlü Kübraxanım Cəlil qızı Cəfərovaya məxsus olduğu bəlli olub.
Onun oktyabrın 3-də itkin düşdüyü bildirilir. 29 yaşlı qızın hansı səbəbdən Samur-Abşeron kanalına düşdüyü məlum deyil.
Faktla bağlı araşdırmalar davam etdirilir.
16:28 - 20 Oktyabr 2024