Cinayətkar qrup lideri içkidən ÖLDÜ

 Cinayətkar qrup lideri içkidən ÖLDÜ

Rusiyanın Çelyabinsk vilayətinin Miass şəhərində “Turbazovski” cinayətkar qrupunun lideri Sergey Çaşçin ölüb.

Titul.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

Hadisə oktyabrın 19-na keçən gecə qeydə alınıb. 

51 yaşlı Çaşçinin ölümündə heç bir cinayət yoxdur. O, çox içib, xəstələnib və xəstəxanada dünyasını dəyişib. 

Qeyd olunub ki, cinayətkar qrup liderinin tam sərbəst buraxılmasına bir il qalmışdı. 

"Turbazovski" dəstəsi 90-cı illərin əvvəllərində yaradılıb. Dəstənin ilk rəhbəri keçmiş xüsusi təyinatlı əsgər Oleq Georgitsa olub. Cinayətkar qrup reket və quldurluqla məşğul olub. 1998-ci ilin fevralında Georgitsa öldürüldü. Dəstə dağıldı və Çaşçin o zamandan bəri ən böyük bölmənin rəhbəri oldu. //Unikal

20:41 - 19 Oktyabr 2024

Xəbər lenti