Bildiyiniz kimi, ötən gün İran, Azərbaycan, Ermənistan və Rusiya Federasiyasının xarici işlər nazirlərinin iştirakı ilə “3+3” regional məşvərət formatının 3-cü iclasına ev sahibliyi etdik.
Titul.az axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Arakçı ilə birgə keçirdiyi mətbuat konfrasında deyib.
“Biz Cənubi Qafqazın gələcəyi ilə bağlı çox məhsuldar görüşlər keçirdik. Eyni zamanda Cənubi Qafqazda regional mülkiyyət anlayışı ilə əməkdaşlığımızı daha da inkişaf etdirmək istəyirik. Həm dəyərli qardaşım Arakçıya, həm də digər həmkarlarıma iştiraklarına görə bir daha təşəkkür edirəm”, - Fidan bildirib.
15:16 - 19 Oktyabr 2024