Gələcəkdə Azərbaycan və Ermənistanın BRİKS-ə qoşulması iki ölkə arasında münasibətlərin normallaşması prosesinə müsbət təsir göstərə bilər.
Titul.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Federasiyasının Ermənistandakı səfiri Sergey Kopırkin bildirib.
" Ermənistan və Azərbaycanın BRİKS-ə qoşulması dövlətlərarası dialoq imkanlarını obyektiv olaraq artıracaq və bu, münasibətlərin normallaşması prosesinə müsbət təsir göstərəcək”, - deyə vurğulayıb.
Qeyd edək ki, oktyabrın 22-24- də Kazan şəhərində BRİKS-in növbəti sammiti keçiriləcək.
13:36 - 19 Oktyabr 2024