Kiyevdən Bakıya qarşı çağırış: Əgər o gəlsə…

 Kiyevdən Bakıya qarşı çağırış: Əgər o gəlsə…

Ukraynanın AB-dəki səfiri Vsevolod Çentsov ölkəsinin müttəfiqlərini Rusiya liderinin iştirak edəcəyi təqdirdə 11-22 noyabrda Bakıda keçiriləcək COP29 tədbirinə getməməyə çağırıb.

Titul.az axar.az-a istinadən xəbər verir ki, bu barədə o, “Politiko”ya müsahibəsində deyib.

“Biz bu təzyiqi tətbiq etməliyik və tərəfdaşlarımız Azərbaycana izah etməlidirlər ki, əgər Putin oradadırsa, gəlməyəcəklər”, - Çentsov bildirib.

Qeyd edək ki, Azərbaycan heç bir ayrı-seçkilik qoymadan bütün ölkələrə - hətta Ermənistana da COP29-da iştirak üçün dəvət göndərib. Bu, Azərbaycanın bu beynəlxalq tədbiri qlobal təhlükəyə qarşı həmrəylik mərkəzinə çevirmək istəyinin sübutudur.

O cümlədən Azərbaycan Ukraynaya da dəvət göndərib və bu ölkəyə daim humanitar yardım edir. Hətta ukraynalı uşaqların Azərbaycanda reabilitasiyasını da həyata keçirib.

Xatırladaq ki, BBC COP29-da Putinin deyil, Baş nazir Mişestinin Rusiyanı təmsil edəcəyi haqda məlumat yayıb.

23:11 - 18 Oktyabr 2024

Xəbər lenti