Türkiyə və Ermənistanın xarici işlər nazirləri Hakan Fidanla Ararat Mirzoyan arasında görüş keçirilib.
Titul.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, görüş İstanbulda “3+3” regional platformasının üçüncü iclası çərçivəsində baş tutub.
Nazirlər ikitərəfli əlaqələr, eləcə də Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesini müzakirə ediblər.
18:38 - 18 Oktyabr 2024