Elvin Cəfərquliyev İtaliya klubuna KEÇİR? - AÇIQLAMA

 Elvin Cəfərquliyev İtaliya klubuna KEÇİR? - AÇIQLAMA

Son günlər mediada İtaliya A Seriyasından bir klubun Elvin Cəfərquliyevi transfer etmək istədiyi barədə xəbərlər yayılıb. 

Titul.az xəbər verir ki, offsideplus yayılan məlumatlara aydınlıq gətirmək üçün tanınmış futbol agenti Tural Əsgərovla əlaqə saxlayıb. Mütəxəssis saytımıza məsələ ilə bağlı heç bir rəsmi təklifin olmadığını bildirdi.

Qeyd edək ki, Cəfərquliyev bu mövsüm bütün turnirlərdə "Qarabağ" forması ilə meydana çıxdığı 11 matçda 1 qola və 2 məhsuldar ötürməyə imza atıb.

16:54 - 18 Oktyabr 2024

Xəbər lenti