Ermənistan sərhədçiləri 2025-ci il yanvarın 1-dən İranla sərhəddəki keçid məntəqəsində xidməti tam şəkildə öz üzərinə götürəcəklər.
Titul.az axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “3+3” regional platformasının iclasının keçirildiyi İstanbulda deyib.
Nazir sərhəd təhlükəsizliyinin təmin edilməsində uzun illər göstərdiyi köməyə və Ermənistan-İran sərhədinin keçid məntəqəsində xidmətə görə Rusiya tərəfinə təşəkkür edib.
16:39 - 18 Oktyabr 2024