Heydərov Salyana rəis təyin etdi

 Heydərov Salyana rəis təyin etdi

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Salyan Rayon Dövlət Yanğından Mühafizə Hissəsinə yeni rəis təyin edilib.

Titul.az Qaynarinfo-ya istinadla xəbər verir ki, nazirliyin daxili xidmət mayoru Zaur Böyükağa oğlu Quliyev sözügedən idarənin rəisi təyin olunub.

Bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, bir ay əvvəl polkovnik-leytenant Ağayev Rəfi Məhəmməd oğlu Salyan Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.

16:22 - 18 Oktyabr 2024

Xəbər lenti