Bu gün yerli vaxtla saat 08:16-da Xəzər dənizində maqnitidası 5.6 olan zəlzələ baş verdiyi barədə artıq məlumat vermişik.
Titul.az Trend-ə istinadən xəbər verir ki, zəlzələ anı Xəzər televiziyasının canlı efirində də açıq his edilib
Həmin kadrları təqdim edirik:
Qeyd edək ki, zəlzələ Xəzər dənizinə yaxın olan rayonlarda və Abşeron yarımadasında bəzi yerlərdə 5 bal, bəzi yerlərdə isə 3 bala qədər hiss olunub. Zəlzələ ocağının dərinliyi 68 km təşkil edib. Zəlzələnin episentri Siyəzən stansiyasından 60 km şərqdə Xəzər dənizində olub.
10:51 - 7 Dekabr 2023