Mirzoyan bu gün İstanbulda dəhlizə RAZILIQ VERƏCƏK - TƏCİLİ!

 Mirzoyan bu gün İstanbulda dəhlizə RAZILIQ VERƏCƏK - TƏCİLİ!

Bu gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İstanbulda “3+3” regional məsləhət platformasının üçüncü iclasında iştirak edəcək.

Titul.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

“Siyasi dairələrdə müxtəlif ölkələrdən səslənən bəyanatları təhlil edərək, Paşinyanın Ərdoğanla ayrıca razılaşmanın bir hissəsi kimi Orta dəhlizlə razılaşacağına dair proqnozlar irəli sürülür ki, bu da Rusiya üçün yumşaq desək, qəbuledilməzdir, çünki 9/10 noyabr tarixli sənəddə təkcə Türkiyə ilə Azərbaycanı birləşdirən Zəngəzur dəhlizindən deyil, yolların açılmasından söhbət gedir. Oktyabrın 8-də Moskvada keçirilən Putin-Paşinyan və Putin-Əliyev görüşlərindən sonra Kremlin mətbuat katibi Peskov Rusiya prezidentinin yarım saatlıq görüşlərdə Zəngəzur dəhlizi məsələsini müzakirə etdiyini bildirməsinin səbəbi budur. Dünən isə Rusiya XİN sözçüsü Zaxarova ona düzəliş edərək qeyd edib ki, Moskva Zəngəzur dəhlizi terminini istifadə etmir”, - məlumatda deyilir.

12:33 - 18 Oktyabr 2024

Xəbər lenti