"Yaxşı sponsorun varsa istədiyin yerdə otura bilərsən" - Kəmalədən iddialı açıqlama + VİDEO

Kəmalə Qaramollayeva ATV-nin efirində etdiyi açıqlama ilə diqqətləri üzərinə çəkib.

Parol.az xəbər verir ki, xanım ifaçı indi məşhur olmaq, gündəmdə qalmaq üçün illərə yox, pullu sevgiliyə, sponsora ehtiyac olduğunu bildirib.

"Azəri star" yarışından tanınan Kəmalə indi ön planda olmaq üçün pullu arxa-dayağa ehtiyac olduğunu deyib. O, pulun, dəstək verənin olduğu təqdirdə istədiyin yerdə oturmağın mümkün olduğunu bildirib. Kəmalə bu sahədə sənətlə, populyar olmağın tamamilə fərqli şeylər olduğunu sözlərinə əlavə edib.

Xanım ifaçının daha geniş açıqlaması videoda:

10:21 - 18 Oktyabr 2024

Xəbər lenti