17 oktyabr tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb.
Titul.az xəbər verir ki, bu haqda XİN məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun 18 oktyabr tarixində İstanbul şəhərində keçiriləcək “3+3” formatında görüşdə iştirakı və çıxışı nəzərdə tutulub.
Səfər çərçivəsində həmçinin ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.
18:33 - 17 Oktyabr 2024