Ağdaşda DƏHŞƏTLİ OLAY! Sürücü kanala aşan maşının içində göz görə-görə boğuldu - ANBAAN VİDEO

 Ağdaşda DƏHŞƏTLİ OLAY! Sürücü kanala aşan maşının içində göz görə-görə boğuldu - ANBAAN VİDEO

İki gün əvvəl (15.10.2024) Ağdaşda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı dəhşətli görüntülər ortaya çıxıb.

Parol.az -ın əldə etdiyi kadrlarda “VAZ-21015” markalı avtomobillə Qoşaqovaq kəndi ərazisində qəza törədərək maşını ilə birgə su kanalına düşən Habil Əzizovun necə öldüyü görüntüsü əksini tapıb.

Qeyd edək ki, oktyabrın 15-i günorta saat 12 radələrində Habil Əzizov idarə etdiyi “VAZ-21015” markalı avtomobillə Qoşaqovaq kəndi ərazisində qəza törədib. Nəticədə nəqliyyat vasitəsi su kanalına aşıb, sürücü hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Habil Əzizovun maşının içərisində kanalda boğulduğu o dəhşətli anları təqdim edirik:

15:44 - 17 Oktyabr 2024

Xəbər lenti