“200 təcili yardım avtomobili tələblərə cavab vermir”

 “200 təcili yardım avtomobili tələblərə cavab vermir”

“Ölkə üzrə 200 təcili tibbi yardım avtomobili müasir tələblərə cavab vermir”. 

Titul.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin təkmilləşdirilməsinə dair brifinqdə TƏBİB-in İcraçı direktorunun müşaviri Elşad Məmmədli bildirib. 

O qeyd edib ki, bu avtomobillər əsasən, Rusiya və digər sovet ölkələri istehsalıdır: “Yaxın gələcəkdə bu avtomobillərin yenilənməsi nəzərdə tutulur. Hazırda onlar məhdud şəkildə istifadə edilir və gələcəkdə istifadədən tam yığışdırılması nəzərdə tutulur”. 

12:50 - 17 Oktyabr 2024

Xəbər lenti