“Ölkə üzrə 200 təcili tibbi yardım avtomobili müasir tələblərə cavab vermir”.
Titul.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin təkmilləşdirilməsinə dair brifinqdə TƏBİB-in İcraçı direktorunun müşaviri Elşad Məmmədli bildirib.
O qeyd edib ki, bu avtomobillər əsasən, Rusiya və digər sovet ölkələri istehsalıdır: “Yaxın gələcəkdə bu avtomobillərin yenilənməsi nəzərdə tutulur. Hazırda onlar məhdud şəkildə istifadə edilir və gələcəkdə istifadədən tam yığışdırılması nəzərdə tutulur”.
12:50 - 17 Oktyabr 2024