Azərbaycan millisində 71 yaşlı baş məşqçi: Danışıqlar gedir!

 Azərbaycan millisində 71 yaşlı baş məşqçi: Danışıqlar gedir!

Azərbaycan milli komandasına baş məşqçi axtarışı davam edir. 

Titul.az offsideplus.az-a istinadən xəbər verir ki, AFFA-nın türkiyəli mütəxəssis Şenol Günəşlə danışıqlara başladığı bildirilir. Bu barədə Türkiyənin "Ajansspor" saytı məlumat yayıb. Xəbərə görə, federasiya və 71 yaşlı mütəxəssis arasında danışıqlar gedir. 

Şenol Günəş sonuncu dəfə "Beşiktaş" komandasını çalışdırıb. O, Konfrans Liqasında "Luqano"ya 2:3 hesabı ilə məğlub olandan sonra istefa ərizəsini kluba təqdim etmişdi.

Qeyd edək ki, Azərbaycan millisinin baş məşqçi vəzifəsini sonuncu dəfə Canni De Byazi icra edib. O, 2020-2023-cü illərdə yığmamızı çalışdırıb.

01:27 - 7 Dekabr 2023

Xəbər lenti