"Azərbaycan tərəfi Qarabağ ermənilərinin reinteqrasiyası üçün bütün imkanları yaradıb".
Parol.az xəbər verir ki, bunu Rusiya XİN başçısının sözçüsü Mariya Zaxarova brifinqdə erməni jurnalistin Azərbaycanın Qarabağ ərazisini könüllü olaraq tərk etmiş ermənilərin geri qayıtması ilə bağlı sualını cavablandırarkən deyib.
Zaxarova fikrini belə tamamlayıb:
“Biz dəfələrlə Bakının əhalinin geri qayıtmasına yönəlmiş konstruktiv addımlarını vurğulamışıq. Qayıtmaq imkanı var idi və indi də var. Sadəcə bu fürsətdən istifadə etmək lazımdır... Bəs rəsmi İrəvan insanların geri qayıtması üçün nəsə edibmi?”.
23:03 - 16 Oktyabr 2024