Vladivostokda ana 3 aylıq körpənin ölümünə səbəb olub.
Titul.az news24.az-a istinadən xəbər verir ki. bu barədə Primorsk diyarı prokurorluğu məlumat yayıb.
Müstəntiqlərin müəyyən etdiyi kimi, 27 yaşlı Vladivostok sakini üç aylıq qızını hamamında çimizdirirmiş. Daha sonra ana uşağı nəzarətsiz qoyub, körpə suyun altında boğulub.
Qadına qarşı cinayət işi açılıb.
Məlum olub ki, hadisə zamanı qadın narkotik maddənin təsiri altında olub. Daha iki uşaq təqsirləndirilən şəxsdən alınaraq yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış müəssisələrə təhvil verilib.
İstintaq materialları baxılması üçün məhkəməyə təqdim edilib.
19:22 - 16 Oktyabr 2024