Komitə sədri: Dünyada hər ay 500-800 nəfər mina qurbanı olur

 Komitə sədri: Dünyada hər ay 500-800 nəfər mina qurbanı olur

Dünyada hər ay 500-800 nəfər mina qurbanı olur.

Titul.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında komitənin sədri Arzu Nağıyev deyib.

O qeyd edib ki, mina qurbanlarının üçdə biri uşaqlardır:

“Humanitar minatəmizləmə əməliyyatları müharibə başa çatdıqdan sonra həyata keçirilir. Azərbaycan dünyada minalarla çirklənən ölkələr sırasında ilk sıradadır. Ölkənin ümumi ərazisinin 12-i faizi minalarla ciddi şəkildə çirkləndirilib.

İndiyə qədər 3 min 400-dən çox Azərbaycan vətəndaşı minadan əziyyət çəkib. Onların 270-dən çoxu bu faciə səbəbindən həyatını itirib. Mina qurbanlarının 358-i uşaqlar, 38-i qadınlardır”.

Komitə sədri əlavə edib ki, “Minatəmizləmə fəaliyyəti haqqında” yeni hazırlanan qanun layihəsi dövlət siyasətinin müəyyən olunmasında ciddi əhəmiyyət daşıyır.

12:02 - 16 Oktyabr 2024

Xəbər lenti