Artıq restoran açmaq qadağan edildi - YENİ QƏRAR

 Artıq restoran açmaq qadağan edildi - YENİ QƏRAR

Moldova paytaxtında yerləşən bir neçə qəsəbəda kütləvi turizmin inkişafı çərçivəsində yeni restoran binalarının tikintisinə icazə verilməyəcək.

Titul.az News24.az-a istinadən xəbər verir ki, bu barədə yerli idarələr plan hazırlayır. 

Səbəb isə həmin qəsəbələrin öz adət-ənənələrinin olması, orda istifadədə olan restoranların özünəməxsusluğu, doğal konseptlarinin olmasıdır. 

Hazırda paytaxtın 3 qəsəbəsində turizm məqsədilə işlər aparılacaq, milli mətbəxin tanıdılması istiqamətində işlər görüləcək. Yerli turizm şirkətləri bu işlərin tezləşdirilməsində çox maraqlıdırlar. 

Bundan başqa inkişaf istiqamətində Moldovaya gələn xarici tələbələri işə cəlb etməyi eə düşünürlər.

Qeyd edək ki, yeni qadağa artıq tikintisinə icazə verilmiş yeni restoranlara aid deyil. Qərarın növbəti ildən qüvvəyə minməsi gözlənilir.

09:09 - 16 Oktyabr 2024

Xəbər lenti