Ermənistan müharibə ritorikası ilə kimi qoruxtmaq istəyir? – Məlikyan danışdı

 Ermənistan müharibə ritorikası ilə kimi qoruxtmaq istəyir? – Məlikyan danışdı

“Ermənistan və Azərbaycan nümayəndələrinin qarşılıqlı gərginliyinə inanmayın, real razılıq əldə olunub”.

Titul.az xəbər verir ki, bunu erməni diplomat Vaaqn Məlikyan deyib.

“Biz ritanın misilsiz formada sərtləşməsini müşahidə edirik və bu, Yaxın Şərqdə formalaşan gərgin situasiya ilə əlaqəlidir. Burada təkcə İsrail-Fələstin müharibəsinə deyil, həmçinin Təl-Əvivin Tehranla gərginliyinə, Ankara ilə kulisarxası razılığına, Rusiyanın mövqeyinə diqqət etmək lazımdır. Hətta müharibə dövründə belə İsraildən Azərbaycana silah tədarükü dayanmır. Bu hadisələr fonunda Ermənistan hökumətinin ictimaiyyəti yemləyəcək ideyası qalmayıb və ona görə də yeganə variant kimi müharibə mövzusu ilə spekulyasiya qalır. Cəmiyyəti müharibə ilə qorxutmaq ritorikası isə növbəti güzəştə getmək niyyəti ilə bağlıdır. Onların başqa alternativləri yoxdur", - deyə o bildirib.

Məlikyan onu da qeyd edib ki, artıq İrəvan ilə Bakı arasında ZƏngəzur dəhlizi ilə bağlı razılıq həllini tapıb:

"Baxın, əslində “Sülh qovşağı” layihəsini heç kim ciddi qəbul etmir, çünki hər kəs anlayır ki, bunun arxasında nə dayanır. Əslində bu layihənin arxasında hökumətin Zəngəzurla bağlı gizli razılığı var”.

18:59 - 15 Oktyabr 2024

Xəbər lenti