Avropa Birliyinin XİN başçıları Gürcüstan və Moldovadakı seçkiqabağı situasiyanı müzakirə ediblər.
Titul.az xəbər verir ki, bunu Avropa Birliyinin baş diplomatı Jozep Borrel deyib.
“Biz Moldova və Gürcüstandakı situasiyanı müzakirə etdik. Yaxın həftələrdə hər iki ölkənin qarşısında həlledici seçkilər dayanır. Moldova çalışır ki, AB-yə üzvlüklə əhəmiyyətli inkişafa nail olsun.
Gürcüstanda isə Moldova ilə müqayisədə situasiya çox çətindir. Hakim partiyanın bəyanatları ölkəni AB-yə üzvlük yolundan uzaqlaşdırır. Ona görə də AB-yə üzvlük prosesi faktiki dayandırılıb. Biz parlament seçkisinin nəticələrini gözləyirik”, – o bildirib. /globalinfo.az
18:10 - 15 Oktyabr 2024