İsrail ABŞ-yə xəbərdarlıq etdi

 İsrail ABŞ-yə xəbərdarlıq etdi

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Co Bayden administrasiyasına bildirib ki, o, nüvə və neft obyektlərinə deyil, İrandakı hərbi obyektlərə zərbə endirmək istəyir.

Titul.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb.

Məlumata görə, oktyabrın 9-da Baydenlə telefon danışığı zamanı Netanyahu İrandakı hərbi infrastrukturu hədəf almağı planlaşdırdığını deyib:

“Bu o deməkdir ki, yəhudi dövləti tammiqyaslı müharibənin qarşısını almaq üçün daha məhdud cavab zərbəsi endirə bilər”.

13:55 - 15 Oktyabr 2024

Xəbər lenti