11-ci sinif şagirdi bıçaqlandı: 7-ci sinif şagirdi saxlanıldı

 11-ci sinif şagirdi bıçaqlandı: 7-ci sinif şagirdi saxlanıldı

Beyləqanda məktəblilər arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib.

Titul.az APA-ya istinadən xəbər verir ki, hadisə Beyləqan şəhəri ərazisində qeydə alınıb.

Beyləqan rayon 2 saylı məktəbin 11-ci sinif şagirdi H. H. həmyerlisi 7-ci sinif şagirdi H. Q. tərəfindən bıçaqlanıb.

Hadisə dərsdən sonra baş verib. H.Q. polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Beyləqan RPŞ-də araşdırma aparılır.

13:30 - 15 Oktyabr 2024

Xəbər lenti