Bakıda hamamdan müəllimin meyiti tapıldı - FOTO

 Bakıda hamamdan müəllimin meyiti tapıldı - FOTO

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Titul.az qafqazinfo-ya istinadən xəbər verir ki, dünən saat 18 radələrində 1969-cu il təvəllüdlü Nihad Təhmasib Səbail rayonu Bünyad Sərdarov küçəsindəki evinin hamam otağında yıxılıb.

Xəstəxanaya yerləşdirilmiş N.Təhmasib orada vəfat edib.

Qeyd edək ki, o, ərəb dili müəllimi olub.

Faktla bağlı araşdırma aparılır.

11:14 - 15 Oktyabr 2024

Xəbər lenti