Oğuzda turistlər QƏZAYA DÜŞDÜ - Yaralılar var

 Oğuzda turistlər QƏZAYA DÜŞDÜ - Yaralılar var

Oğuz rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Titul.az report-a istinadən xəbər verir ki, qəza Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Bayan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Oğuz rayon sakininin idarə etdiyi "Hunday" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobildə olan sürücü və Səudiyyə Ərəbistanının iki vətəndaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qəzada xəsarət alanların şəxsiyyəti müəyyənləşdirilib.

Xəsarət alanlar - sürücü Oğuz rayon sakini 1961-ci il tələvəllüdlü Məhəmməd Rəhmətov, Səudiyyə Ərəbistanı vətandaşları 1985-ci il təvəllüdlü Əhməd Hassan əl-Əmri və 1987-ci il təvəllüdlü Əli Qumayrı Hakamidir.

Faktla bağlı araşdırma aparılır.

21:01 - 14 Oktyabr 2024

Xəbər lenti