Ermənistan tərəfi Brüssel prosesini davam etdirməmək qərarına gəldi - İlham Əliyev

 Ermənistan tərəfi Brüssel prosesini davam etdirməmək qərarına gəldi - İlham Əliyev

“Brüssel Ermənistanla Azərbaycan arasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə danışıqların uğurla keçirildiyi bir məkan olub və həqiqətən orada mühüm irəliləyişə nail olunub”.

Titul.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən deyib.

“Lakin əfsuslar olsun ki, Ermənistan tərəfi Brüssel prosesi adlanan bu prosesi davam etdirməmək qərarına gəldi. Ancaq hər bir halda bu, çox yaxşı nəticə və təcrübə verən müsbət proses idi”, - dövlət başçısı əlavə edib.

17:21 - 14 Oktyabr 2024

Xəbər lenti