Tramp Bakının düşmənini TƏHLÜKƏ adlandırdı

 Tramp Bakının düşmənini TƏHLÜKƏ adlandırdı

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp demokrat və erməni lobbiçisi Adam Şiffi ABŞ üçün daxili təhlükə adlandırıb.

Titul.az xəbər verir ki, bu barədə "Foks Nyus" məlumat yayıb.

“Daxili düşmən Çin, Rusiya və digər ölkələrdən daha təhlükəlidir. Səriştəli prezidentiniz varsa, xarici təhlükələrlə mübarizə aparmaq olar. Lakin daxildə Adam Şiff kimi çılğın insanlarla mübarizə aparmaq daha çətindir”, - o bildirib.

Qeyd edək ki, Şiff Azərbaycanın aktivlərinə həbs qoyulması haqqında qanun layihəsini Konqresə təqdim edən şəxsdir. O, bu vəsaiti Qarabağ ermənilərinin “kompensasiyasına” sərf etməyi təklif edir. /Axar.az

15:57 - 14 Oktyabr 2024

Xəbər lenti