Alverçilərə bəd, maşın almaq istəyənlərə şad xəbər - Artıq Azərbaycanda da mümkün oldu

 Alverçilərə bəd, maşın almaq istəyənlərə şad xəbər - Artıq Azərbaycanda da mümkün oldu

Amerika, Koreya, Türkiyə, demək olar ki, dünyanın bir sıra ölkələrində təqdim olunan xidmət Azərbaycanda da aktivləşib.

Titul.az Milli.Az-a istinadən xəbər verir ki, artıq Azərbaycanda da avtomobillərin qəza tarixçəsinə baxmaq mümkün olacaq. Bu xidmətdən "Smsradar" tətbiqi vasitəsi ilə yararlanmaq mümkündür.

Xidmətdən yararlanmaq üçün avtomobilin vin kodunu yazmaq kifayət edir.

3 manata avtomobilin Azərbaycanda baş verən qəzalarına dair tarixçəni öyrənmək olur.

Qeyd edək ki, sığortanın çağırılmadığı qəzalar sistemdə göstərilmir.

21:22 - 13 Oktyabr 2024

Xəbər lenti