“İran mümkün müharibəyə hazırdır”.
Titul.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
Diplomat İsrailin gözlənilən cavab tədbiri ərəfəsində xalqını və maraqlarını müdafiə etməkdə “qırmızı xətlər” olmayacağına söz verib:
“Son günlərdə regionumuzda hərtərəfli müharibənin qarşısını almaq üçün çox böyük səylər göstərsək də, açıq şəkildə deyirəm ki, xalqımızı və maraqlarımızı müdafiə etməkdə qırmızı xətlərimiz yoxdur”.
“Bu, İranın qəti mövqeyidir: Biz müharibə vəziyyətinə tamamilə hazırıq. Bununla belə, biz müharibə istəmirik, sülh axtarırıq. Biz Qəzza və Livanda ədalətli sülh üçün çalışacağıq”, - deyə o qeyd edib.
O, həmçinin ABŞ-nin İsrailə rekord sayda silah göndərdiyini vurğulayıb.
17:17 - 13 Oktyabr 2024